Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda yerli və milli istehsal olan Togg-un yeni sedan modeli - T10F-i test edib.
Prezident Ərdoğanla birlikdə, bir sıra iş dünyasının tanınmış simaları da T10F modeli qarşısında xatirə fotosu çəkdiriblər:
Türkiyə Odalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu
Anadolu Qrupu İdarə Heyətinin sədri Tuncay Özilhan
Zorlu Holdinqin rəhbəri Ahmet Nazif Zorlu
Turkcell İdarə Heyətinin sədri Şenol Kazancı
Tosyalı Holdinqin rəhbəri Fuat Tosyalı
Rəcəb Tayyib Ərdoğan sosial media hesabında etdiyi paylaşımda bildirib:
"Yaxında vətəndaşlarımızın bəyənisinə təqdim olunaraq yollara çıxacaq olan, yerli və milli elektrikli avtomobilimiz - qürurumuz Togg-un yeni sedan modeli T10F-in test sürüşünü gerçəkləşdirdik.
Maşallah. Bərəkallah."
Yeni model olan T10F, Togg-un elektrikli sedan seriyasında təqdim etdiyi ilk modellərdən biridir və yaxın zamanlarda Türkiyə yollarında görünməsi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az