Kürdə boğularaq ölən 19 yaşlı Eldənizin atası: "Üzə bilmirdi" - yenilənib - FOTO

5 İyul 2025 22:19

22:19

Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfərin batmasının təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, çayda batan 19 yaşlı Məmiyev Eldəniz Cabir oğlu tələbə imiş.

Babasının sözlərinə görə, gənc üzməyi bilmirmiş:

"Atasına deyib, üzməyə gedirəm. Atası deyib özüm apararam. Deyib ki, "mən sərinləmək istəyirəm. Üzə bilmirdi, ikinci kurs tələbəsi idi. Üzə bilmirdin, niyə gedirdin, ay bala?" (baku.tv)

-----------
17:05


Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda 19 yaşlı Məmiyev Eldəniz Cabir oğlunun Kür çayında boğulması ilə nəticələnən hadisə baş verib.

Milli.Az "Unikal"a istinadən Eldəniz Məmiyevin fotosunu təqdim edir.

xxx

09:58

Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub.

Milli.Az xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kənd sakini, 2006-cı il təvəllüdlü (19 yaş) Məmiyev Eldəniz Cabir oğlu Kür çayının kəndin ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az