Mətanət "Xəzər axşamı"ndan gedir

5 İyul 2025 09:11

Mətanət Əliverdiyeva aparıcısı olduğu "Xəzər axşamı" verilişindən gedir.

Milli.Az xəbər verir ki, o, canlı efirdə gələn həftədən proqramda olmayacağını və yerinə başqa aparıcının tamaşaçıların görüşünə gələcəyini bildirib.

"Gələn həftədən 15-20 gün verilişdə olmayacağam. Gedirəm, işlərim var. Mənim yerimə başqa biri çıxacaq. Kimliyini açıqlamıram".

Musa
Milli.Az