AvtoVAZ "04"-ün də istehsalını dayandırır

23 İyul 2012 19:34
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda həmin avtomobilinin istehsalı ilə "İjAvto" zavodu məşğul olur.

Şirkətlərdən bildiriblər ki, "VAZ 2104" avtomobilinə tələbat tədricən azalır. Buna görə də şirkət belə bir qərar qəbul edib.

Qeyd edək ki, bu avtomobil 1982-ci ildən etibarən istehsal olunur.

Milli.Az