Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

4 İyul 2025 15:26

Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov bu ölkənin vətəndaşlığından çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, E.İbrahimov Rusiyadakı Azərbaycan diasporunun fəal üzvlərindəndir./"qafqazinfo" 

Milli.Az