Prezident: ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

4 İyul 2025 13:29

Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü - red.) Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: "2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim".

Milli.Az