Yayda süfrələrin sevilən meyvəsi olan qarpız həm şirin, həm də sərinləşdirici xüsusiyyətinə görə çox seçilir. Ancaq yaxşı qarpız seçmək bəzən çətin ola bilər. Budur şirin, suyu bol və yetişmiş qarpızı seçmək üçün ən etibarlı üsullar:
Səthindəki sarı ləkəyə baxın
Qarpızın bir tərəfindəki sarı ləkə onun torpaqla təmasda olduğu yeri göstərir.
Bu ləkə açıq sarı və ya tünd krem rəngidirsə, o deməkdir ki, qarpız bağda kifayət qədər qalaraq tam yetişib.
Əgər bu ləkə ağ və ya çox solğun rəngdədirsə, o qarpız tez yığılıb, yəni tam yetişməyib.
Barmaqla vurub dinləyin
Qarpızın üstünə barmağınızla yüngül vurun.
Boş və kəskin səs gəlirsə - bu daxili suyun və şirinliyin göstəricisidir.
Əgər səs boğuq və ya mat gəlirsə, qarpız ya çox yetişib, ya da içi boşdur.
Çəkisinə və ölçüsünə diqqət edin
Böyüklüyünə görə ağır olan qarpız daha yaxşıdır - çünki daxilində bol su var.
Əgər eyni ölçüdə iki qarpızdan biri digərindəndə ağırdırsa, onu seçin.
Xarici görünüş - ləkə, cızıq, forma
Qarpız təmiz, cilalanmamış və təbii mat qabıqda olmalıdır.
Simmetrik və yuvarlaq forma üstünlükdür. Çox uzun və ya qəribə formalı qarpızlar düzgün inkişaf etməmiş ola bilər.
Kiçik qabarıqlar, cızıq və hörümçək teli izləri varsa - bu da çiçək zamanı yaxşı tozlanma əlamətidir, yəni şirin ola bilər.
Saplağına baxın
Qurumuş və tünd rəngli saplaq qarpızın bağda kifayət qədər yetişdiyini göstərir.
Yaşıl və təzə saplaq isə tez qoparıldığını göstərir - bu qarpız daxilən yetişməmiş ola bilər.
Nədən uzaq durmalı:
Çox parlaq, süni cilalı görünən qarpızlardan
Dəlik, çat, yumşaq sahə olan qarpızlardan
"Tık-tık" səsinə çox boğuq cavab verənlərdən
Çox yüngül və ya əyri formalı olanlardan
Qarpızı seçdikdən sonra evdə kəsib qoxlayın və rənginə baxın - açıq qırmızı, lifsiz və suludursa, doğru seçim etmisiniz!
Lalə Qüdrətova
Milli.Az