Çıxarışlı torpaq sahələri bahalaşır - VİDEO

4 İyul 2025 08:08

Bu il Bakıda torpaq sahələrinin qiyməti 20 faizə yaxın bahalaşıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı hesabatda bildirilib.

Hesabata əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə paytaxtda torpaq sahələrinin orta qiyməti 14 faiz artıb. Bu isə 2022-ci ildən bəri müşahidə olunan ümumi 44 faiz bahalaşma tendensiyasının tərkib hissəsidir. 2025-ci ilin I rübündə isə qiymətlər illik müqayisədə 19 faiz yüksəlib.

Mütəxəssislərin fikrincə, qiymət artımı əsasən çıxarışlı torpaqlarda müşahidə olunur. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bəzi ərazilərdə torpaq sahələrinə tələbat daha yüksəkdir.

Ekspert əlavə edib ki, yaxın gələcəkdə söküntülərin əhatəsi genişlənərsə, torpaq sahələrinə ciddi şəkildə tələbatın olması səbəbindən növbəti qiymət artımları da qaçılmaz olacaq. 

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az