Luqanskın keçmiş meri Manolis Pilavov partlayışda həlak olub.
Milli.Az xəbər verir ki, 3 iyul 2025-ci il tarixində Luqansk şəhərinin mərkəzində baş verən partlayış nəticəsində şəhərin keçmiş meri Manolis Pilavov həyatını itirib.
"Luqansk İnformasiya Mərkəzi"nin məlumatına görə partlayış Taras Şevçenko küçəsində, Krayeved muzeyinin yaxınlığında baş verib.
Hadisə zamanı orada "Potok əməliyyatı"na həsr olunmuş sərginin açılışı keçirilirmiş. İlkin məlumatlara əsasən, partlayışa səbəb əllə hazırlanmış partlayıcı qurğu olub.
Partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb, onlardan biri ağır vəziyyətdədir.
Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.
Milli.Az