Türkiyədə 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi (İQİ) illik 35.05%, aylıq isə 1.37% artıb.
Milli.Az xəbər verir ki, ən çox bahalaşma mənzil xərclərində (65.54%) qeydə alınıb. Qida və alkoqolsuz içkilərdə artım 30.2%, nəqliyyatda isə 27.72% təşkil edib.
Bahalaşmanın illik inflyasiyaya təsiri əsasən mənzillər üzrə 9.22%, qida üzrə 7.6%, nəqliyyat üzrə isə 4.51% olub.
Asya
Milli.Az