Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.
Milli.Az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edilib. Yanğınlara uzunmüddətli quraqlıq və güclü isti səbəb olub.
Yanğının söndürülməsi üçün onlarla yanğınsöndürmə briqadası, 6 təyyarə və 18 helikopter cəlb olunub. Təxliyə zamanı 81 yaşlı bir sakin həyatını itirib.
Hakimiyyət vəziyyəti nəzarətdə saxlamaq və alovun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir, digər təhlükə altında olan yerlərdə də təxliyələr davam edir.
Asya
Milli.Az