Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, iyulun 3-ü günün ikinci yarısından başlayaraq Xəzər dənizində şimal-qərb küləyi iyulun 6-sı gündüzədək davam edəcək.
Bu müddətdə küləyin sürəti 18-23 m/s, bəzi vaxtlarda isə 25-28 m/s-ə çatacaq. Dalğanın hündürlüyünün isə əvvəlcə 3-4 metr, daha sonra 4-5 metrədək yüksəlməsi gözlənilir.
Asya
Milli.Az