Məşhur müğənni və aktyor Orhan Gencebay yeni görüntüləri ilə gündəm olub.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, o kamera qarşısına keçərək ömür-gün yoldaşı Sevim Emreyə sevgisini etiraf edib.
81 yaşlı Orhan Gencebay onu çox sevdiyini bildirib
"Sevili həyat yoldaşım...Qadınım... Səni çox sevirəm. Sənin üçün sənin xoşbəxt və sağlam olmağından başqa heç nəyi düşünmürəm. Bəstələrimin ən böyük ilhamı qaynağı...".
Milli.Az