Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəlib - FOTO

3 İyul 2025 14:22

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.

Milli.Az