Kabel oğruları tutuldu
29 Yanvar 2010 11:49
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 2009-cu il dekabrın 31-dən bu il yanvarın 4-dək olan müddətdə ARDNŞ-in İnformasiya Texnologiyaları Rabitə İdarəsinin Rabitə Departamentinə məxsus Lökbatan və Puta dəmir yol keçidlərinin arasındakı ərazidən 700 metr telefon kabeli kəsilərək oğurlanıb. Bu ilin yanvarın 5-nə keçən gecə isə Lökbatan qəsəbəsində Aztelekom İB-nə məxsus 120 metr rabitə kabeli oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hər iki oğurluqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Vüsal Abbasov, Fərid Dadaşov, Məmmədəli Məmmədov və Nurlan Məmmədov tutulub.
Milli.Az