Daha bir ölkədə güclü zəlzələ oldu - sunami təhlükəsi var?

3 İyul 2025 12:05

Yaponiyanın cənub-qərb bölgəsində 5.5 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, ölkənin Meteorologiya Agentliyi tərəfindən verilən məlumata görə, zəlzələnin episentri Tokara adasının sahillərində yerləşib.

Agentlik sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq yayımlamayıb.

Kənan
Milli.Az