Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi

3 İyul 2025 11:46

Jurnalist Günel Hacı "Bakı Metropoliteni" QSC-də Kommunikasiya departamentinin müdir müavini vəzifəsinə təyin olunub. 

Milli.Az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib. 

Qeyd edək ki, Günel Hacı 5 il idi ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə rəis müavini vəzifəsində çalışırdı.

Milli.Az