Xaçmaz və Qubada havaların qeyri-sabit keçməsi, rütubətin artması və xəstəliklərin yayılması nəticəsində bal süzümü gecikib.
Milli.Az xəbər verir ki, bəzi təsərrüfatlarda məhsul ötən illə nisbətən 3 dəfə azalıb. Arıçılar həm balın gec yetişməsindən, həm də arı ailələrinin məhvindən narahatdırlar.
Arıçıların sözlərinə görə, bu il məhsul azdır və bahalaşa bilər. Əsas səbəbi isə havalarla əlaqələndirirlər. Onların sözlərinə görə, dəyən ziyan 40 minə yaxındır:
"Keçən il arının xərcinin bir yeşiyi 60-70 manat edirdisə, bu il 100-130 manat arasındadır. Xərclər çox olduğu üçün bu il məhsul 10-15 faiz bahalaşa bilər".
Qeyd edək ki, şimal bölgəsində yerləşən arıxanalarda iyulun 1-dən etibarədən bal süzümünə start veriləcək.
Aysel Əkbər
Milli.Az