Sankt-Peterburqda müdafiə müəssisəsinin əməkdaşına qarşı terror aktının qarşısı alınıb.
Milli.Az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən yayılan məlumata görə, 2002-ci il təvəllüdlü qız təhlükəsizlik əməkdaşının avtomobilinin altına partlayıcı qurğu yerləşdirərkən saxlanılıb.
FSB bildirir ki, saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət edib.
Onun daha əvvəl də qeyri-qanuni fəaliyyətlərlə məşğul olduğu məlum olub - o, Moskva vilayətində ictimai yerlərdə Ukraynanı dəstəkləyən yazılar yazıb və dəmir yolu infrastrukturunu yandırmağa cəhd edib.
Saxlanılan şəxs barəsində terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Fidan
Milli.Az