Türkiyədə yanğınların qarşısı niyə alına bilinmir?

3 İyul 2025 14:05

Türkiyədə bir neçə gündür ki, davam edən meşə yanğınlarının söndürülməsi işləri davam edir. Qardaş ölkədə ümumilikdə 342 meşə yanğını qeydə alınıb və onların bir qismi hələ tam nəzarət altına alınmayıb.

Milli.Az xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, yanğınlarla mübarizə məqsədilə həm havadan, həm də qurudan intensiv tədbirlər görülür.

İzmirin Seferihisar və Menderes bölgələrində yanğınların vəziyyəti nisbətən yaxşılaşsa da, İzmir və Manisa ərazilərində alovun təsiri azaldılıb. Hatayın Antakya bölgəsində isə güclü külək yanğının söndürülməsinə çətinlik yaradır.

Qeyd edək ki, yanğınların qarşısını almaq üçün 8 təyyarə, 12 helikopter, 1000-dən çox texnika və təxminən 2700 yanğınsöndürən əməkdaş səfərbər olunub. Adanadakı yanğın artıq nəzarət altındadır.

Yanğınlardan zərər çəkən 46 nəfər hələ də xəstəxanada müalicə alır, onlardan birinin vəziyyəti ağırdır.

Asya
Milli.Az