İki ölkə birləşə bilər - Prezidentlər açıqladı

3 İyul 2025 13:24

"Koreya Respublikası sülh yolu ilə birləşməyə çalışmalıdır, Cənubi və Şimali Koreya öz milli kimliklərini qoruyub saxlasalar, hətta yüz illər keçsə belə, birləşə bilərlər".

Milli.Az xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Li Çje Myon bildirib.

O bildirib ki, Koreya Respublikasının konstitusiyasında da sülh yolu ilə birləşməyə dair bənd var.

"1953-cü il müharibəsindən 80 il keçir. Tarix baxımından bu çox deyil. Əgər biz vahidliyimizi anlasaq, bir neçə yüz ildən sonra da olsa birləşəcəyik", - deyə Prezidenti Li Çje Myon qeyd edib.

Milli.Az