Rusiya Donanmasının komandiri, general-mayor Mixail Gudkov Kursk yaxınlığında öldürülüb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna raket zərbəsi nəticəsində Kursk yaxınlığında xidmət edən Rusiya Donanmasının komandiri, general-mayor Mixail Gudkov həlak olub.
Gudkovun ölümünü ilk olaraq Primoriye qubernatoru Oleg Kojeomyako təsdiqləyib və Telegram-da yayımladığı paylaşımında onun və digər əsgərlərin Ukrayna raket hücumu zamanı həlak olduğunu bildirib.
Mixail Gudkov bu ilin mart ayında donanmanın müavini vəzifəsinə təyin olunmuş, əvvəllər Sakit Okean Donanmasının 155-ci Dəniz Piyada Briqadasına rəhbərlik etmişdi. 2023-cü ildə o, Rusiyanın Kursk bölgəsinin Ukrayna qüvvələrindən azad edilməsində göstərdiyi igidlik və təşkilatçılıq qabiliyyəti üçün "Rusiya Qəhrəmanı" adına layiq görülmüşdü.
İsmayıl
Milli.Az