Bilgəh çimərliyində boynu sınan gənc öldü

3 İyul 2025 10:25

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.

Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.

Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az