İstanbul nəhəngləri bu ulduz uğrunda amansız mübarizə aparır

3 İyul 2025 10:35

"Bavariya"nın daha bir ulduzu İstanbul klubunda oynaya bilər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fransalı Kinqsli Koman uğrunda 2 İstanbul nəhəngi müabrizə aparır

29 yaşlı futbolçu ilə artıq danışıqlara başlanılıb. Joze Mourinyonun da oyunçuya zəng edərək onu komandasında görmək istədiyini dediyi bildirilir.

Komanın isə "Qalatasaray"a daha müsbət yanaşdığı məlumatlar arasındadır.

Qeyd edək ki, futbolçu ötən mövsümündə komandası ilə 44 oyuna çıxıb. O, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Hüseyn
Milli.Az