Osimhen üçün İtaliya nəhəngi hərəkətə keçdi

3 İyul 2025 00:39

Viktor Osimhen üçün İtaliya nəhəngi hərəkətə keçib. 

Milli.Az xəbər verir ki, söhbət "Yuventus" klubundan gedir. Turin təmsilçisi nigeriyalı hücumçunu heyətinə cəlb etməyə yaxındır. Bu barədə "Di Marzio" məlumat yayıb.

Qeyd edək ki, Osimhen müqavilə əsasında "Napoli"yə məxsusdur. O, ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib.

O, 2024-25 sezonunda 41 oyuna çıxıb, 37 qol vurub, 8 məhsuldar ötürməyə imza atıb.

 

Milli.Az