“Neftçi” “Araz-Naxçıvan”ın futbolçusunu transfer etdi

2 İyul 2025 20:21

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağlayıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.

"Araz-Naxçıvan" klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra "Neftçi"yə qoşulacaq.

28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.

 

Milli.Az