I Qarabağ müharibəsinin daha üç itkin-şəhidinin qalıqları dəfn olunacaq - FOTO

2 İyul 2025 17:25

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidinin qalıqları dəfn olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Qeyd edilib ki, iyulun 4-də hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlu Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.

Milli.Az