"İşsiz qalmışam, ər çörəyi yeyirəm"

2 İyul 2025 18:00

Müğənni və aparıcı Xəyalə Manaflı maraqlı açıqlamalar verib.

"Qazana bilirəm ki? Hələ bir həyat yoldaşımı da sənətə gətirim? Nə qazanırsa həyat yoldaşım qazanır, mən də ər çörəyi yeyirəm".

Milli.Az xəbər verir ki, işsiz qaldığını etiraf edən sənətçi gileylənib.

Pul qazana bilməyən Manaflı necə dolandığını açıqlayıb:

"İldə, ayda bir dəfə hansısa məkan dəvət edir. Mütəmadi məni dinləmək istəyən tamaşaçımın gələ biləcəyi məkan yoxdur. Mahnı yazdırmaq üçün sənətdən qazanmalısan. Efirə çıxıb özümü tanıtmaq üçün, səs-küy salmalıyam? Şou-proqramlara, toya dəvət alanların əksəriyyəti efirdə haray edənlərdir. 5 yaşımdan tamaşaçı gözü önündə böyümüşəm, elə edə bilmərəm. Qalmaqalı olanı, çox efirə çağırırlar. İnsanlar da onları izləyir və dinləmək üçün onların çıxış etdiyi məkana gedirlər".

Milli.Az