Avropanı bürüyən istidən İspaniya da zərər görüb. Ölkənin şimal-şərqində - Kataloniya bölgəsində meşə yanğını baş verib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, nəticədə iki nəfər həyatını itirib. Kataloniya regional prezidenti Salvador İlla hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edərək ölümlərin gecə saatlarında baş verdiyini bildirib.
Yanğın Avropada rekord istilərin qeydə alındığı günlərdə, xüsusilə də İspaniya və Portuqaliyada iyun ayı üçün tarixi temperatur səviyyələrinin müşahidə edildiyi bir vaxtda baş verib.
Hadisə Lleida vilayətindəki kənd ərazilərində baş verib və böyük tüstü dirəyi ilə ətraf yaşayış məntəqələrini əhatə edib.
Hadisə zamanı 14 min sakinə evdə qalmaq əmri verilib. Səlahiyyətlilər mobil telefonlara xəbərdarlıq mesajları göndərərək əhaliyə təlimat veriblər.
Yanğınsöndürmə qüvvələrinin məlumatına görə, ümumilikdə 6,500 hektar (təxminən 16,000 akr) sahə yanıb. Alovun perimetri qurulub və hazırda yanğının nəzarət altına alındığı açıqlanıb.
Fidan
Milli.Az