Acun Ilıcalı aylıq gəlirini açıqladı

2 İyul 2025 20:34

Türkiyəli iş adamı Acun Ilıcalı TV8 və "Exxen" platformasında yayımlanan futbol oyunlarında qanunsuz mərc reklamları ilə bağlı araşdırma çərçivəsində ilk dəfə hakim qarşısına çıxarılıb.

Milli.Az xəbər verir ki, o, ifadəsində aylıq gəlirini açıqlayıb. Bildirib ki, aylıq gəliri 5 milyon lirədir (təxminən 213 min manat) və yayımlanan görüntülərə texniki olaraq müdaxilə edə bilmədiklərini vurğulayıb:

"Yalnız biz ittiham olunuruq. UEFA görüntülərə reklam yerləşdirir, biz isə yalnız yayımçıyıq. Buna müdaxilə imkanımız yoxdur. İlk dəfədir məhkəmə qarşısına çıxıram, bu məni kədərləndirir."

Acun Ilıcalı məsuliyyəti üzərinə götürdüyünü bildirərək, UEFA-dan bu barədə məktub aldıqlarını da qeyd edib.

Fidan
Milli.Az