Azərbaycanlı müğənni sənətdən GETDİ - İsraildə həkim işləyir

2 İyul 2025 21:30

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, üzvü olduğu keçmiş "N-brothers" qrupu barədə danışıb. 

Məlum olub ki, sənətçi ilə eyni qrupda yer alan həmkarı İsraildə həkim işləyir:

"Anar Cəfərov Azərbaycanı tərk edib. Müğənnilik karyerasına da son qoyub. İsraildə yaşayır. Gedib orada həkim oldu. Necə oldusa, başa düşmədim. Mən də həkim olmaq istəyirəm".

Milli.Az