Tramp "ən yaxşı ABŞ prezidentləri" siyahısını açıqlayıb

2 İyul 2025 16:02

ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünün tərtib etdiyi "ABŞ tarixinin ən yaxşı prezidentləri" siyahısını şəxsi sosial media hesabında paylaşıb.

Milli.Az xəbər verir ki, siyahının ilk pilləsində isə özü yer alıb.

Tramp paylaşımında 45-ci və gələcəkdə 47-ci prezident olaraq (2017-2021, 2025-...) "ən yüksək tanınmaya layiq şəxs" olduğunu bildirib. Özünə verdiyi qiymət isə "beş ulduz" olub.

Prezident Corc Buşu "şübhəli lider", Co Baydeni "ABŞ tarixinin ən pis lideri", Barak Obamanı isə "dəhşətli prezidentlər arasında qalib" kimi qiymətləndirib.

Asya
Milli.Az