Rusiyanın Kamçatka yarımadasında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Seysmoloqlar bildiriblər ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 51 km məsafədə, Avaça körfəzi ərazisində yerləşib. Yeraltı təkanların hiposentri isə 88 km-dən çox dərinlikdə olub.
Xilasetmə xidmətlərinin verdiyi məlumata görə, yeraltı təkanlar şəhərin bəzi ərazilərində 3 bala qədər hiss olunub.
İlkin məlumatlara əsasən, ölən və yaralanan yoxdur.
Fidan
Milli.Az