Hindistanın məşhur kino ulduzu Şefali Carivala estetik prosedurdan sonra qəfil həyatını itirib.42 yaşlı aktrisanın cavanlaşdırıcı inyeksiya qəbul etdikdən dərhal sonra halı pisləşib və o, ürək tutmasından vəfat edib.
Milli.Az xəbər verir ki, məlumata görə, hadisə 27 iyun tarixində baş verib. Carivala prosedur öncəsi oruc tutduğu üçün demək olar ki, ac vəziyyətdə olub. İynədən sonra sənətçinin qan təzyiqi qəfil enib, titrəmə və halsızlıq müşahidə olunub. Yaxınları onu dərhal Mumbaydakı özəl klinikaya çatdırıblar, lakin həkimlərin müdaxiləsi nəticə verməyib və aktrisanın ürəyi dayanıb.
İstintaq çərçivəsində Carivalanın evində aparılan axtarış zamanı vitamin kompleksləri, hormonal inyeksiyalar və mədə dərmanları daxil olmaqla bir sıra preparatlar aşkarlanıb. Həkimlər ehtimal edir ki, uzunmüddətli ac qalma, stress və susuzluq fonunda orqanizm inyeksiyaya reaksiya verə bilməyib və bu, fəsadla nəticələnib.
Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası aparılıb və aktrisanın bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırmalar davam edir.
Fidan
Milli.Az