İlkin araşdırma zamanı müəyyən edilib ki, 27 iyunda Rusiya Federasiyasının Sverdlovsk vilayəti polis əməkdaşları tərəfindən müxtəlif ünvanlarda yaşayan çoxsaylı Azərbaycan Respublikası vətəndaşları saxlanılıb.
Trend xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayət işi ilə bağlı mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
Onun sözlərinə görə, əməliyyat həyata keçirən Rusiya Federasiyasının hüquq mühafizə orqanları əməkdaşları tərəfindən azadlığı məhdudlaşdırılmaqla köməksiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov 27 iyunda Yekaterinburq şəhərində din inzibati binasında, qardaşı 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə səhər saatlarında xidməti avtomobildə dünyasını dəyişib".
Milli.Az