"İsrail Qəzzada atəşkəs şərtlərini qəbul etdi"

2 İyul 2025 13:40

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs üçün tələb olunan şərtləri qəbul etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edərək bildirib ki, ABŞ nümayəndələri İsrail rəsmiləri ilə "uzun və məhsuldar" danışıqlar aparıb.

Prezident qeyd edib ki, "İsrail 60 günlük atəşkəsin bağlanması üçün lazım olan şərtləri qəbul etdi. Bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibəni bitirmək üçün çalışacağıq".

Tramp əlavə edib ki, atəşkəs prosesində vasitəçi rolunu oynayan Qətər və Misir yaxın günlərdə HƏMAS-a "son təklif" təqdim edəcək. ABŞ lideri bu təklifin qəbul edilməsinin bölgə üçün həlledici olacağını bildirib:

"Ümid edirəm ki, Həmas bu razılaşmanı Yaxın Şərqin xeyrinə qəbul edər. Çünki bu, daha yaxşı olmayacaq, daha da pis olacaq", - deyə Tramp vurğulayıb.

Fidan
Milli.Az