"Real" "Yuventus"dan üstün oldu

2 İyul 2025 09:00

ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu baş tutub.

Milli.Az xəbər verir ki, "Real Madrid" "Yuventus"la qarşılaşıb. "Kral klubu" matçı 1:0 hesablı qələbəsi ilə sonlandırıb. Həledici qolun müəllifi isə Qonzalo Qarsiya olub.

Qeyd edək ki, "Real Madrid"in 1/4 final mərhələsində rəqibi Meksikanın "Monterrey" klubunu 2:1 hesabı ilə məğlub edən "Borussiya D." oldu.

Hüseyn
Milli.Az