Şahin Şıxlinski sərbəst buraxıldı

2 İyul 2025 00:26

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri, əvvəllər Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Şahin Şıxlinski sərbəst buraxılıb.

Bu barədə Trend-ə Diasportla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılmışdı.

 

Milli.Az