Yük və minik maşınları toqquşdu - Xəsarət alanlar var

1 İyul 2025 19:47

19:47

TƏBİB-dən verilən məlumata görə, 01.07.2025-ci il saat 18:00 radələrində Beyləqan rayonunda baş vermiş yol-nəqliyyat  hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, 1978-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin sıyrıqları, 1989-cu il təvəllüdlü şəxsə isə sağ dizin açıq yarası, sol dizin sınığı, bədənin müxtəfil nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin edilib.

1978-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1989-cu il təvəllüdlü şəxs isə ixtisaslı tibbi müayinə olunması üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

--------------

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Şərq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "MAN" markalı yük maşını "Nissan" markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşınında olanlar 1977-ci il təvəllüdlü Abdullayev İlham İsgəndər oğlu və 1989-cu il təvəllüdlü Umudzadə Rəşail  Şamil oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az