Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib

1 İyul 2025 16:21

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"i təsdiq edib.

Milli.Az xəbər verir ki, sənədə əsasən, 2025-ci il martın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" təsdiq edilib.

Milli.Az