Bu rayonun bir hissəsində qaz olmayacaq

1 İyul 2025 15:35

Sabah Salyan rayonunun bir kəndinin qaz təchizatı dayandırılcaq.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, Salyan rayonu Sarvan kəndini təbii qazla təmin edən diametri 89 və 76 mm-lik orta təzyiqli yerüstü qaz kəmərlərinin yol keçid hissələrində görüləcək iş ilə əlaqədar 02.07.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sarvan kəndində (662 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Milli.Az