Musleranın yerinə o gəldi - "Qalatasaray"da yeni dövr - FOTO

1 İyul 2025 16:01

Fernando Muslera ilə yollarını ayıran "Qalatasaray" heyətini Lukas Perri ilə gücləndirir.

Milli.Az SporX-a istinadən xəbər verir ki, "Lion"un şərəfini qoruyan braziliyalı qolkiper "Qalatasaray"ın bütün şərtlərini qəbul edib.

"Lion" klubu təcrübəli qolkiper üçün 10 milyon avro tələb edir.

Qeyd edək ki, Lukas Perri bu mövsüm "Lion"un heyətində ümumilikdə 45 oyuna çıxıb və bunların 13-də qapısını təmiz saxlamağı bacarsa da, ümumilikdə 60 qol buraxıb.

Milli.Az