Rusiya dörd hava limanını bağladı

1 İyul 2025 13:22

Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. 

Söhbət Nijnekamsk, Saratov, Ulyanovsk və Kazan hava limanlarından gedir. Bildirilir ki, hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

Bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

Milli.Az