Türkiyədə zəlzələ oldu

1 İyul 2025 00:49

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda axşam saatlarında baş verən zəlzələ yerli əhalini təşvişə salıb.

Milli.Az xəbər verir ki, bu barədə Kandilli rəsədxanası məlumat paylaşıb.

Episentri Gelişimen kəndi olan 4.4 bal gücündə zəlzələnin təxminən 5 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Zəlzələ ətraf yaşayış məntəqələrində də hiss olunub. İlkin məlumatlara görə, dağıntı və tələfat olmayıb.

Milli.Az