Bakıda ticarət mərkəzindən bahalı saat oğurlandı

30 İyun 2025 20:13

Bakının Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb. 

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

 

Milli.Az