Kriştiano Ronaldo: "Məşqçi olmağı düşünmürəm"

30 İyun 2025 19:48

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik sahəsinə yönəlmək niyyətində deyil.

Milli.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə "Əl-Nəsr" klubunun "YouTube" kanalına verdiyi müsahibədə danışıb.

Ronaldonun sözlərinə görə, onun gələcək planları arasında məşqçi olmaq yer almır.

Asya
Milli.Az