"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları bilindi - yenilənib - VİDEO

30 İyun 2025 19:06

19:06

Polisin "Sputnik Azərbaycan"ın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib.

APA xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar "Sputnik"in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.

----------
17:54

Daxili İşlər Nazirliyi "Sputnik Azərbaycan"ın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Vurğulanıb ki, əlavə məlumat veriləcək.

Milli.Az