Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025 17:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

Milli.Az xəbər verir ki, Türkiyə lideri iyulun 4-də Azərbaycana bir günlük səfər edəcək.

Türkiyə dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Azərbacanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.

Milli.Az