İsrail hücumlarının qanlı nəticəsi: İranda ölənlərin sayı 935-ə çatdı

30 İyun 2025 16:58

İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 935-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə İranın ədliyyə sözçüsü Əsgər Cahangir məlumat yayıb. 

"Son məhkəmə-tibbi ekspertiza məlumatlarına görə, 935 qurban qeydə alınıb", - "Tasnim" xəbər agentliyi onun sözlərini sitat gətirib. 

Onun sözlərinə görə, ölənlər arasında 38 uşaq və 102 qadın var.

Milli.Az