İranda zəlzələ oldu

30 İyun 2025 13:40

İranda zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Heydərabad stansiyasından 38 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ Heydərabad ərazisində yüksək mərtəbəli binalarda 3 bala qədər hiss olunub.

Milli.Az